EN

ABŞ bunu Bayden dövründən bəri planlaşdırırmış - İrandakı əsas hədəf...

İrandakı Fordo obyektində zənginləşdirilmiş uran ehtiyatının məhv edilməsi hətta ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə də planlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş öz bloqunda yazıb.

"Mənə dedilər ki, İranın Fordo obyektində zənginləşdirilmiş uran ehtiyatının məhv edilməsi <…> Bayden prezidentliyinin bitməsindən bəri ABŞ və İsrail hökumətləri üçün hədəflər siyahısında birinci yerdədir", - o qeyd edib.

Jurnalistin sözlərinə görə, ABŞ İsrailin Fordonun məhv edilməsi ilə bağlı mövqeyi ilə razılaşıb.

Herş həmçinin bəyan edib ki, ABŞ-ın Fordo nüvə obyektinə zərbələri zənginləşdirilmiş uran ehtiyatlarını məhv etmək deyil, onları yeraltı təcrid etmək məqsədi daşıyır.

Herş qeyd edib ki, fövqəladə ağır bombalar Fordodakı yeraltı kompleksin girişlərinə və ventilyasiya şaxtalarına dəyib, zənginləşdirilmiş uran ehtiyatlarını zərərsiz hala salıb.

Chosen
26
1
publika.az

2Sources