EN

Meloni Trampa Ukrayna və Qəzza ilə bağlı çağırış etdi

BAKI. 26 iyun. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İsrail-İran müharibəsinə münasibətdə nümayiş etdirdiyi qətiyyət Ukrayna və Qəzzaya münasibətdə də göstərilməlidir.

Teleqraf xəbər verir ki, bu bəyanatla İtaliyanın Baş naziri Corcia Meloni NATO sammitindən sonra mətbuat nümayəndələri ilə ünsiyyət zamanı çıxış edib.

"Mən Prezident Donald Trampa dedim və sammitdə bəyan etdim ki, İsrail-İran müharibəsində nümayiş etdirilən qətiyyət eyni səviyyədə Ukrayna və Qəzzaya münasibətdə də göstərilməlidir", - Meloni vurğulayıb.

İtaliya Baş naziri həmçinin Qəzza sektorunda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb.

Chosen
110
50
teleqraf.com

10Sources