EN

Tramp: “Amerikanın səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır

ABŞ prezidenti Donald Tramp hesab edir ki, “Amerikanın səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” hesabında yazıb.

“Respublikaçılar niyə demokratların ruporu olan “Amerikanın Səsi”nin mövcudluğunu davam etdirmək istəyirlər? Bu, solçular üçün tam bir fəlakətdir. Heç bir respublikaçı onu saxlamaq üçün səs verməməlidir. Onunla bitirin”, - deyə o bildirib.

Qeyd edək ki, “Amerikanın səsi” radiostansiyasının əməkdaşlarının 85 faizinin planlaşdırılan ixtisarı prosesi tamamlanıb. Ümumilikdə isə Donald Trampın dövlət aparatının ixtisarına dair proqramı çərçivəsində media orqanlarında təxminən 1400 əməkdaş ixtisar edilib.

Agentliyin özündə yalnız qanunla nəzərdə tutulan minimum işçi - 81 nəfər, “Amerikanın səsi” radiostansiyasında isə təxminən 100 nəfər işləyəcək.

Bir müddət öncə isə yayım şəbəkəsinin ABŞ Prezidenti Donald Trampın siyasətini dəstəkləyən “One America News Network” telekanalının məzmununun retranslyatoru kimi fəaliyyətini davam etdirəcəyi deyilirdi.
Chosen
40
4
sherg.az

10Sources