EN

İranla bağlı məxfi məlumatları mediaya ötürən şəxsin başı bəladadır - FTB onu axtarır

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-ın İrana endirdiyi zərbənin nəticələri ilə bağlı məxfi məlumatları mətbuata sızdıran şəxsi axtarır.

Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlayıb.

O qeyd edib ki, bu, çox məxfi məlumat olduğu üçün mediaya sızdırılmamalı idi.

"Təəssüf ki, kimsə onu qeyri-qanuni şəkildə sızdırmağa qərar verdi və indi bu şəxs FTB tərəfindən araşdırılır”, - o vurğulayıb.

Kerolayn Levittin sözlərinə görə, ABŞ zərbə endirməzdən əvvəl İranın nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.

Chosen
19
publika.az

1Sources