Federal Təhqiqat Bürosu (FTB) ABŞ-ın İrana endirdiyi zərbənin nəticələri ilə bağlı məxfi məlumatları mətbuata sızdıran şəxsi axtarır.
Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlayıb.
O qeyd edib ki, bu, çox məxfi məlumat olduğu üçün mediaya sızdırılmamalı idi.
"Təəssüf ki, kimsə onu qeyri-qanuni şəkildə sızdırmağa qərar verdi və indi bu şəxs FTB tərəfindən araşdırılır”, - o vurğulayıb.
Kerolayn Levittin sözlərinə görə, ABŞ zərbə endirməzdən əvvəl İranın nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.