EN

ABŞ İrandakı vəziyyətin Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyinə ümid edir

Vaşinqton ümid edir ki, İran ətrafındakı vəziyyət Ukraynadakı münaqişənin həllinə töhfə verəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff “CNBC”yə müsahibəsində bildirib.

“Düşünürəm ki, burada baş verənlərdən yaranan nikbinlik Rusiya və Ukraynaya da yayıla bilər. Ümid edirik ki, insanlar İranda baş verənlərə baxıb deyəcəklər: “Biz də sülh prosesinin bir hissəsi olmaq istəyirik”.

Ümid edirik ki, bu, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli prosesində çox yaxşı şeylərin baş verməsinə gətirib çıxaracaq”, - deyə o əlavə edib.

Chosen
31
1
report.az

10Sources