22:37 25.06.2025
22:37 25.06.2025
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargah rəisi general Əli Şademaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.
Mynews.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Şademani keçən həftə İsrailin zərbəsi nəticəsində ağır yaralar alaraq həlak olub.
İyunun 17-də İsrail Ordusunun Mətbuat Xidməti xəbər vermişdi ki, Şademani İrana endirilən gecə zərbələri zamanı məhv edilib.