EN

Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib

Tovuzda dönərdən zəhərlənlərin sayı artıb.

APA xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 26 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

19:30

Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

18:40

Tovuzda kütləvi zəhərlənmə olub.

"Report"un məlumatına görə, rayonda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib,aralarında azyaşlılar da var.

İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
10
50
anews.az

10Sources