Tovuzda dönərdən zəhərlənlərin sayı artıb.
APA xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı 26 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
19:30
Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
18:40
Tovuzda kütləvi zəhərlənmə olub.
"Report"un məlumatına görə, rayonda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib,aralarında azyaşlılar da var.
İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.