EN

Rusiyanın bu vilayətinə PUA hücumu edildi

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiya Federasiyasının Belqorod vilayətinin Novaya Tavoljanka kəndində yerləşən bir müəssisəyə hücum edib. Hücum nəticəsində istehsalat sexi və avtomobilə ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

“Şebekino dairəsinin Novaya Tavoljanka kəndində PUA müəssisənin dayanacağında partlayıb — sexin şüşələri və fasadı zədələnib, minik avtomobili qəlpələrlə zərər görüb”, — deyə o bildirib.

Qubernator əlavə edib ki, pilotsuz təyyarənin partlaması nəticəsində fərdi evdə pəncərələr sökülüb, binanın damı, fasadı və hasarı zədələnib. O, həmçinin qeyd edib ki, Nejeqol kəndi yaxınlığında ticarət obyektinə də PUA zərbəsi nəticəsində ziyan dəyib.

Chosen
57
50
nocomment.az

10Sources