EN

“İranla münaqişədən İsrail çox ziyan gördü” ABŞ lideri

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“İsrail xüsusilə son bir neçə gündə çox ziyan görüb”​​​​​​​. 

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp alyans sammiti çərçivəsində NATO-nun Baş katibi Mark Rütte ilə görüşündə deyib.

“İsrail İranın ballistik raketlərindən çox əziyyət çəkdi. Onlar bir çox binaları dağıdıblar”, - Tramp deyib.

Eyni zamanda, Trampın sözlərinə görə, İsrail silahlı münaqişə zamanı özünü əla göstərib və ölkənin Baş naziri Benyamin Netanyahu özü ilə fəxr etməlidir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
yeniavaz.com

1Sources