EN

SEPAH "Xatəm Əl-Ənbiya" komandiri Əli Şadmaninin öldüyünü açıqlayıb

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və İran arsında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Haaqa şəhərində keçirilən NATO Sammitində çıxışı zamanı bildirib.

"Regionda müharibə, dağıntı, aqressiya və təhdidlər heç bir nəticə verməyib, bu artıq dəfələrlə sübut olunub. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə əldə olunan atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Tərəflər Trampın çağırışına qeyd-şərtsiz əməl etməlidir" - deyə, Ərdoğan qeyd edib.

O həmçinin bildirib ki, İsrail regionda sülhü və beynəlxalq hüquq normalarını pozur.

"İndiyə qədər İsrailin Qəzzaya hücumları nəticəsində, əksəriyyəti qadın və uşaq olmaqla, 56 min insan həlak olub. Heç bir qaydaya əməl etməyən, beynəlxalq hüququ açıq şəkildə pozan İsrail bu pozuntularına yenilərini də əlavə edir" - deyə, o bildirib.

"Vicdanı olan heç bir insan bu cür vəhşiliyə səssiz qala bilməz. Körpələr öldürülərkən susmaq olmaz. Bütün bölgənin rifahı naminə, acı olsa da, narahatlıq yaratsa da, həqiqətləri cəsarətlə deməyə davam edəcəyik" - deyə, o əlavə edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Chosen
28
turkic.world

1Sources