EN

Avropa çempionatında ilk rəqiblərimiz müəyyənləşib

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.

Ölkəmiz qitə birinciliyində ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Qeyd edək ki, sabah start götürəcək çempionata ayın 29-da yekun vurulacaq.

Qızlar
40 kq
Mədinə Hüseynova – Nora Takaş (Macarıstan)

44 kq
Gülşən Hüseynova – Sara Zvajker (Sloveniya)

48 kq
Nərmin Ağamirzəzadə – Salome Merkviladze (Gürcüstan)
Leyla Ələkbərova – Aleksis Byukenen (Böyük Britaniya)

52 kq
Aysun Məmmədova – Sofia Qaspar (Portuqaliya)
Nuranə Hacızadə – Mia Şimiç (Bosniya və Herseqovina)

57 kq
Səmayə Yusifli – Elif Kılıç (Türkiyə)

63 kq
Ayan Əliyeva – Kloe Jan (Fransa)

70 kq
Məsumə Məmmədli – Aleksandra Tsenova (Bolqarıstan)

Oğlanlar
50 kq

Anar Quliyev – Gilius Mitsyeviçyus (Litva) / Petar Markoviç (Serbiya) cütünün qalibi ilə
İbrahim Talıbov – Dimitrios Qulas (Yunanıstan

55 kq
Rəsul Əlizadə – Artur Sarkisyan (IJF)
Məhəmmədəli Hüsiyev – Noa Petşallis (Almaniya)

60 kq
Zeyd Ələsgərov – Matye Demar (Fransa) / David Georqu (Böyük Britaniya) cütünün qalibi ilə

66 kq
Əli Hümbətov – Alihan Naqimulin (Almaniya)

73 kq
Səid Şərifov – Aleksandr Aleynikov (Belarus)
Ayxan Həsənli – Luka Qiqilaşvili (Böyük Britaniya)

90 kq
Səid Hüseynov – Kvint Rohde (Niderland)

+90 kq
Tunar Fərzəliyev – Marko Çivlaçki (Şimali Makedoniya)

Qarışıq komanda yarışı
1/8 final

Azərbaycan - Çexiya

İdman.biz

Chosen
61
30
idman.biz

10Sources