Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan cüdoçularının da rəqibləri müəyyənləşib.

Ölkəmiz qitə birinciliyində ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Eyni zamanda, yığmamız turnirin son günündə qarışıq komanda yarışında qüvvəsini sınayacaq.

Çempionat sabah start götürəcək.

Qızlar

40 kq

Mədinə Hüseynova – Nora Takaş (Macarıstan)

44 kq

Gülşən Hüseynova – Sara Zvajker (Sloveniya)

48 kq

Nərmin Ağamirzəzadə – Salome Merkviladze (Gürcüstan)

Leyla Ələkbərova – Aleksis Byukenen (Böyük Britaniya)

52 kq

Aysun Məmmədova – Sofia Qaspar (Portuqaliya)

Nuranə Hacızadə – Mia Şimiç (Bosniya və Herseqovina)

57 kq

Səmayə Yusifli – Elif Kılıç (Türkiyə)

63 kq

Ayan Əliyeva – Kloe Jan (Fransa)

70 kq

Məsumə Məmmədli – Aleksandra Tsenova (Bolqarıstan)

Oğlanlar

50 kq

Anar Quliyev – Gilius Mitsyeviçyus (Litva) / Petar Markoviç (Serbiya) cütünün qalibi ilə

İbrahim Talıbov – Dimitrios Qulas (Yunanıstan)

55 kq

Rəsul Əlizadə – Artur Sarkisyan (IJF)

Məhəmmədəli Hüsiyev – Noa Petşallis (Almaniya)

60 kq

Zeyd Ələsgərov – Matye Demar (Fransa) / David Georqu (Böyük Britaniya) cütünün qalibi ilə

66 kq

Əli Hümbətov – Alihan Naqimulin (Almaniya) 

73 kq

Səid Şərifov – Aleksandr Aleynikov (Belarus)

Ayxan Həsənli – Luka Qiqilaşvili (Böyük Britaniya)

90 kq

Səid Hüseynov – Kvint Rohde (Niderland)

+90 kq

Tunar Fərzəliyev – Marko Çivlaçki (Şimali Makedoniya)

Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan - Çexiya