İqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, Dünya Bankının Azərbaycanda yaşıl keçid prosesinə investisiya qoymağa hazır olması ölkəmizin iqtisadi, siyasi və geosiyasi etibarlılığının bir növ göstəricisidir:
“Azərbaycan uzun illərdir ki, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı hesabına iqtisadi inkişafını təmin edən ölkədir. Bu səbəbdən də, beynəlxalq öhdəliklər çərçivəsində, xüsusən COP konfranslarında qeyd olunduğu kimi, belə ölkələrin yaşıl enerji keçidinə sərmayə yönəltməsi həm texnoloji, həm də ekoloji cəhətdən vacib sayılır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə, regional logistikada strateji aktora çevrilib”.
Ekspert qeyd edib ki, bu, ölkəmizi kapital üçün daha cazibədar edir:
“Son illərdə həyata keçirilən balanslaşdırılmış xarici siyasət, maliyyə sabitliyi və iqtisadi şaxələndirmə cəhdləri investorlara güvən verir. Dünya Bankı kimi aparıcı maliyyə qurumunun Azərbaycana yaşıl keçid istiqamətində sərmayə yatırmağa maraqlı olması təkcə bir kredit və ya maliyyə xətti deyil.
Həm də ölkənin inkişaf konsepsiyasına, onun etibarlılığına və beynəlxalq aləmdə artan nüfuzuna verilən qiymətdir. Bu prosesi izləmək və real layihələrə çevirmək isə artıq hökumətin, yerli biznesin və cəmiyyətin üzərinə düşən məsuliyyətdir”.
Leyla Turan
Demokrat.az
10Sources
-
demokrat.azABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş — VİDEO (YENİLƏNİB) ( 18985954)
-
publika.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984595)
-
olke.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984403)
-
demokrat.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984208)
-
moderator.azVətən müharibəsi iştirakçısı vəfat etdi ( 18984103)
-
cebheinfo.azKomada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi ( 18983323)
-
axar.azVətən müharibəsi iştirakçısı vəfat etdi Foto ( 18982759)
-
demokrat.az"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi ( 18982603)
-
yeniavaz.comNaxçıvanda direktor faciəvi şəkildə ölüb – Hökumə Əliyevanın bibisi oğludur ( 18898771)
-
bizim.mediaLənkəranda ailə FACİƏSİ: Arvadını bıçaqlayan ər özünə qəsd etdi ( 18896515)