EN

“Onlar Messi və “İnter Mayami”yə dərs keçməlidirlər”

PSJ-nin sabiq futbolçusu Jerom Roten komandanın Klublararası Dünya Çempionatının pley-off mərhələsində “İnter Mayami”yə qarşı keçirəcəyi oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, o, parislilərin keçmiş futbolçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messiyə atmaca atıb:

“PSJ üçün oyunu revanş adlandırmaq olar. Komanda artıq yaxşı oyun üslubuna və heyətə sahibdir. Çempionlar Liqasını qazanmaqları çox şey deməkdir. PSJ Messiyə komandanın necə böyüdüyünü göstərməlidir. Paris klubu əvvəlki kimi deyil. Onlar Messi və “İnter Mayami”yə dərs keçməlidirlər”.

PSJ – “İnter Mayami” oyunu iyunun 29-da olacaq.

Chosen
14
1
futbolpress.az

2Sources