EN

Tarixdə bu gün: Argentina ilk dünya çempionluğunu qazanıb

Bu gün – iyunun 25-də dünya futbol tarixində əlamətdar hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, 1978-ci ilin məhz bu günü Argentina millisi tarixində ilk dəfə dünya çempionu olub.

Buenos Ayresdə təşkil olunan final matçında ev sahibi Argentina Niderlandı əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Finalda Argentina yığmasının heyətində Mario Kempes iki dəfə fərqlənib və qarşılaşmanın əsas qəhrəmanı olub. Digər qolu isə Bertoni vurub. Niderland millisinin yeganə qoluna Dik Nanninqa imza atıb.

Qeyd edək ki, bu qələbə Argentinanın futbolu tarixində ilk dünya çempionluğu kimi tarixə düşüb. 

Tofiq Musayev: Bakı sahilindən UFC Arenasına

Tomas Müller: Futbola Vida Edən "Bavariya" Əfsanəsi

BOK-un yeni prezidentinin adına aydınlıq gəlib

Salifu Suma Kimdir? Niyə Bir Anda Parladı?

Rafael Ağayev Kimdir? Dünya İdmanının "Qara Brilyant"ı

Chosen
115
25
apasport.az

10Sources