Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Pasportlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.