"Sumqayıt" klubu Murad Xaçayev ilə yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.