EN

Gəncədə müəllimlər qəzaya düşdü – Xəsarət alanlar var

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Editor.az  Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil digər maşınla toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Vəziyyətləri kafidir.

Məlumat üçün bildirək ki, qəzaya düşən şəxslər Şəmkirdə orta məktəb müəllimləridir.

Chosen
10
44
editor.az

10Sources