EN

Dünyada daha bir “qaynar nöqtə” yaranır

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

xəbər verir ki, buna səbəb mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışmanın baş verdiyi toqquşmadır. Həmin hadisədə Kamboca əsgəri həlak olub. “Quru sərhədlərində yoxlamalar gücləndiriləcək”, - Taylandın baş naziri Phethonqthan Çinnavat bildirb. Bunun qarşılığında Kamboca Tayland filmlərinə qadağa qoymaqla yanaşı, oradan internet trafikini, habelə Tayland qazı, yanacaq, tərəvəz və meyvə idxalını məhdudlaşdırıb. Hər iki ölkə bir-birinin vətəndaşları üçün viza tələblərini də sərtləşdirib. Ehtirasların coşmasını Danqrek dağlarında yerləşən 11-ci əsrə aid Preah Vihear məbədi ilə bağlı uzun müddətdir davam edən mübahisə şərtləndirib.

20-ci əsrin əvvəllərində fransızlar hər iki ölkə ilə razılaşaraq məbədin Kambocanın nəzarətinə keçməsini təsdiqləyən bir xəritə tərtib ediblər. Lakin fransızlar getdikdən sonra Tayland məbəd kompleksini zəbt etdi. Daha sonra Beynəlxalq Ədalət Məhkəməsi Kambocanın xeyrinə qərar çıxarıb.

2008-ci ildə YUNESKO Preah Vihear məbədini Kamboca ərazisi kimi Dünya İrs siyahısına əlavə etdikdən sonra məbəd ətrafında gərginlik yenidən alovlandı. Bu, Taylandda növbəti etirazlara səbəb və məbədin ətrafında daha çox silahlı toqquşmalara səbəb oldu. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
42
azvision.az

10Sources