EN

Beyləqanda iki müəllim sertifikasiyada 60 bal topladı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edib.

Ucnoqta.az xəbər verir ki, artıq bir neçə müəllim bugünkü imtahanda 60 bal toplayıb.

Beyləqan şəhəri humanitar fənlər təmayüllü liseyin informatika müəllimi Xanım Qədim qızı Ələmdarlı bugünkü sertifikasiya imtahanında 60 ballıq nəticə göstərib.

Həmçinin, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin fizika müəllimi Əliyeva Ruhiyyə Rövşən qızı fizika fənnindən 60 bal nəticə göstərib.

Bugünkü test imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.

Chosen
6
4
ucnoqta.az

9Sources