ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir.Modern.az xəbər verir ki, artıq bir neçə müəllimin 60 bal topladığı məlum olub.Göyçay şəhəri Mehman Muradov adına 4 nömrəli tam orta məktəbin fizika müəllimi Könül Hacıyeva imtahanda yüksək nəticə göstərərək maksimum 60 bal toplayıb.Xatırladaq ki, 25 iyun tarixində keçirilən test imtahanında fizika və informatika fənlərini tədris edən müəllimlər iştirak edirlər.
Bugünkü test imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.