Bakı. Trend:
"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətininyüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın əsas məqsədləriaçıqlanıb.
Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Cəzaçəkməmüəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə vəmövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illərüçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:
cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarınıntələblərinə uyğunlaşdırılması;
cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcudinfrastrukturunun təkmilləşdirilməsi;
cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yenipeşə təhsili infrastrukturunun formalaşdırılması;
cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş vəazadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar(işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması;
cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqibazanın təkmilləşdirilməsi.