EN

“Qrossi ilə hesablaşacağıq”

İsrail-İran müharibəsində 12 gündən sonra əldə edilən atəşkəs davam edərkən, İran parlamentindən Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) qarşı yeni addım gəlib.

İranın “Nournews” xəbər saytının məlumatına görə, İran parlamenti MAQATE ilə əməkdaşlığın dayandırılmasına dair qanun layihəsini təsdiqləyib. Xəbərdə qərarın İranın Ali Milli Təhlükəsizlik Şurasının yekun təsdiqi tələb olunduğu bildirilir.

İran parlamentinin MAQATE ilə əməkdaşlığın dayandırılmasına dair qanun layihəsi, o cümlədən yoxlamalar, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası tərəfindən iyunun 23-də qəbul edilib.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi, qanun layihəsinin iclasda ümumi qəbul edildiyini bildirərək, “Bu plana əsasən, hökumət Agentliklə kameraların quraşdırılması, yoxlamaların aparılması, müfəttişlərin daxil olması və ya obyektlərin bu nüvə təhlükəsizliyinə təminat verilənə qədər Agentliyə hesabatların təqdim edilməsi kimi hər cür əməkdaşlığı dayandırmalıdır”, – deyib.

Qanun layihəsi əvvəlcə parlamentdə səsə qoyulmalı, sonra isə prezident Məsud Pezeşkiana göndərilməli idi.

***

İsrailin hücumlarından sonra İran rəsmiləri MAQATE-nin direktoru Rafael Mariano Qrossini Tel-Əviv administrasiyasının hücumlarını qanuniləşdirməkdə ittiham edir. Qrossi nə İsrailin, nə də ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləməyib.

İranın dini lideri Əli Xameneyinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani də “X” hesabında paylaşdığı mesajda “Müharibə bitəndə Qrossi ilə hesablaşacağıq”, – deyib.

Chosen
5
vaxt.az

1Sources