EN

Maqomedovla bağlı əməliyyat başladı: 40-dan çox ünvanda axtarış aparılır

Dağıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Anji” futbol klubunun təsisçisi və keçmiş prezidenti, eyni zamanda respublikanın dövlət katibi olan Maqomed-Sultan Maqomedovla bağlı 40-dan çox ünvanda axtarış aparır.

Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumta yayıb.

Təhlükəsizlik qüvvələri onun yaşadığı ünvanda, hökumət binasındakı ofisində və qohumlarının iqamətgahında əməliyyat həyata keçirir. Maqomedovun saxlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Hadisə şahidləri silahlı təhlükəsizlik qüvvələrinin iş yerində çəkilmiş görüntülərini paylaşır.

"Baza" yazır ki, axtarışlar “Dağneftəbaza”nın qanunsuz özəlləşdirilməsi və onun fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması işi ilə bağlı ola bilər. Bildirilir ki, onun əmlakı müsadirə edilir, lakin hazırda bunu təsdiqləyən rəsmi məlumat yoxdur.

Qeyd edək ki, 2021-ci ildə Dağıstanın dövlət katibi təyin olunana qədər o, 15 ildən artıq “Dagneftebaza” şirkətinin baş direktoru vəzifəsində çalışıb. Şirkət əvvəllər hökumətə məxsus olub, amma 2005-ci ildə özəlləşdirilib.

İndi məmurun və yaxınlarının bütün əmlakı müsadirə oluna bilər.

Chosen
15
publika.az

1Sources