EN

Dağıstanın dövlət katibi saxlanılıb

Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

 

Bu gün onun evində və daha 50-yə yaxın ünvanda axtarışlar aparılıb.

 

Axtarışların “Dagneftebaza”nın qanunsuz özəlləşdirilməsi faktı ilə bağlı açılan cinayət işi əsasında aparıldığı bildirilib.

 

 

Yerli KİV-in yazdığına görə, cinayətin konkret subyekti hələ müəyyən edilməyib, araşdırmanın nəticələri buna aydınlıq gətirəcək.

 

"Hələlik söhbət “Dağneftəbaza”nın özəlləşdirilməsinin qanunsuzluğundan və 2005-ci ildə özəlləşdirmədən sonra neft bazasının fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasından gedir.Hər şey müsadirə olunur. Artıq bununla bağlı iddia qaldırılıb. Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedova yaxın şəxslərin yaşayış və iş ünvanlarında aparılan axtarışlar əməliyyat-istintaq tədbirlərinin yalnız birinci mərhələsidir. FSB əməkdaşlarının diqqətini təkcə özəlləşdirilən “Dağneftəbaza”nın indiki sahibləri deyil, həm də təsisçiləri və mülkiyyətçiləri arasında onun özəlləşdirilməsinə kömək edənlər cəlb edib",deyə Dağıstanın yerli KİV-i yazıb.

 

Qeyd edək ki, Maqomedov 2021-ci ildən Dağıstanın dövlət katibi vəzifəsini tutur./APA

Tarix: 25 İyun 2025, 12:10   
Chosen
23
5
pravda.az

6Sources