EN

Bakı Təşəbbüs Qrupu və Qvadelup əməkdaşlıq memorandumu imzalayıb - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupu ilə Qlobal Təzminat Hərəkatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın məlumatına görə, sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer imzalayıblar.

Sənəddə hər iki qurum arasında əməkdaşlığın prioritet istiqamətləri və onun daha da genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

***

11:54

"Bakı Təşəbbüs Qrupu və Qvadelup arasında əməkdaşlıq çərçivəsində memoranduma imza atılacaq".

APA-nın məlumatına görə, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, əməkdaşlığın perspektivlərini də dəyərləndirib: "Bakı Təşəbbüs Qrupu olaraq tək paytaxtımızda deyil, həm də Birləşmiş Millətlər Təşkilatının qərargahında tədbirlər keçiririk. Bu tədbirlərin hesabatları BMT-nin müvafiq qurumlarına təqdim edilir. Həmin sənədlərin nəticəsi olaraq, bu ilin oktyabrında BMT-də xüsusi bəyanatın qəbul ediləcəyi gözlənilir".

Chosen
12
5
apa.az

6Sources