“Yuventus”un sabiq futbolçusu Pavel Nedved Çexiya millisinin baş meneceri təyin edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Nedved Çexiyanın əsas və U-21 komandasına cavabdeh olacaq.
Pavel bu ilin yanvarından Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Şabab”a idman direktoru təyin edilib.