EN

Paşinyan: Ermənistanda hakimiyyətin ələ keçirilməsinin qarşısı alınıb

 

Bakı, 25 iyun, AZƏRTAC

Ermənistanın hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısını alıblar.

AZƏRTAC xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirməyə hesablanmış irimiqyaslı və bədnam planının qarşısını alıblar”, – deyə o, “Telegram” kanalında yazıb və İstintaq Komitəsinin bəyanatını dərc edib.

Hazırda təhlükəsizlik qüvvələri müxalifətin “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparırlar. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunur.

 

Chosen
1
1
azertag.az

4Sources