“Ermənistan hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını alıb”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün həyata keçirdiyi irimiqyaslı və bədnam planın qarşısını aldılar”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, hazırda təhlükəsizlik qüvvələri “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham olunur.
Daşqın HəsənovMissiya.Az