Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Murad Xaçayev 7 ildir formasını geyindiyi “Sumqayıt”ı tərk edib.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub Murada xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Murad Xaçayev 2018-ci ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışırdı. O, bu müddət ərzində 176 qarşılaşmada meydana çıxıb. Yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıbsa, 9 məhsuldar ötürmə müəllifi də olub. Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçu Azərbaycanın U-19 yığmasında çıxış edib, əsas millimizdə 1 oyun keçirib.
“Sumqayıt” daha öncə Miloş Miloviç, Rövlan Muradov və Momo Yansane ilə də yollarını ayırmışdı. İsa Suliman və Roi Kehat isə bu klubla yeni müqaviləyə imza atıblar.