EN

"Sumqayıt" müdafiəçisi ilə yollarını ayırdı

“Sumqayıt” daha bir futbolçusu ilə yolları ayırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 2018-ci ildən “Sumqayıt”ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xatırladaq ki, bu yay Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da “Sumqayıt”dan ayrılıb.

Chosen
11
4
operativmedia.az

10Sources