İsrail Müdafiə Qüvvələri (IDF) bəzi əsas silah və sursat çatışmazlığı ilə üzləşib...
Poliqon xəbər verir ki, bu barədə adı çəkilməyən amerikalı rəsmilərə istinadən NBC telekanalı məlumat yayıb.
"ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında kövrək atəşkəsi saxlamağa çalışarkən İsrail ordusunun bəzi əsas silahları tükənir. İsraildə xüsusilə sursat çatışmazlığı var", deyə məlumatda bildirilir.
İyunun 24-nə keçən gecə Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. O, bildirib ki, 24 saatdan sonra dünya "12 günlük müharibənin rəsmi başa çatmasını" alqışlayacaq. Amerika lideri əlavə edib ki, atəşkəs əbədi davam edəcək.
Bundan sonra tərəflər atəşkəs razılaşmasını rəsmən elan edib. Həm İsrail, həm də İran "qələbə qazandığını" bildirib.
Poliqon.info
Â