EN

“Neftçi”nin rəqibi bəllidir

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Növbəti mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının turnirdəki rəqibi müəyyənləşib.

Belə ki, “ağ-qaralar” 4-cü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşacaq. Siyasət Əsgərovun komandası yarımfinalda türkləri məğlub edəcəyi halda finalda İsrail təmsilçisi “Kiryat”la münasibətlərini aydınlaşdıracaq.

Qeyd edək ki, “Neftçi” yarımfinal mərhələsindəki matçını iyulun 30-da keçirəcək.

M.HACIXANLIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
xalqqazeti.az

6Sources