AZ

“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Növbəti mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının turnirdəki rəqibi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, “ağ-qaralar” dördüncü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşacaq.
 
Siyasət Əsgərovun komandası yarımfinalda türkləri məğlub edəcəyi halda finalda İsrail təmsilçisi "Kiryat"la münasiblərini aydınlaşdıracaq.
 
Qeyd edək ki, “Neftçi” yarımfinal mərhələsindəki matçını iyulun 30-da səfərdə keçirəcək.
Seçilən
5
3
moderator.az

6Mənbələr