EN

Anar Bağırov: Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək

BAKI, 25 iyun. TELEQRAF

"2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub".
Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.
A.Bağırovun sözlərinə görə, bugünkü mərasimdə daha 91 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub: "Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2700 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 31 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 82 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib".
Hacı Zeynalov

Chosen
38
15
teleqraf.com

10Sources