EN

Ermənistan Parlamentinin deputatı Sukiasyana Rusiyaya giriş qadağan edilib

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiya Federasiyasına girişinə qadağa qoyulub. Bu barədə “24news” xəbər verir.

Qeyd edilir ki, bu qərarın səbəbləri siyasidən iqtisadiyədək müxtəlifdir.

Bundan əvvəl Rusiya FSB "Alrosa" şirkətindən brilyant oğurlayan şəxslərin saxlanması barədə məlumat vermişdi. Bunlar şirkətin əməkdaşı Valentina Matyuşşenkova, onun oğlu Aleksey Matyuşşenkov, habelə qaçaqmalçılar Armen Petrosyan və Arman Saakyandır. Axtarışlar zamanı təxminən 200 min karat texniki brilyant, pul və zinət əşyaları ələ keçirilib.

Oğurlanmış brilyantlar Ermənistana, Xaçatur Sukiasyana bağlı “ADM Diamonds” şirkətinə təhvil verilib. Daha sonra deputatın ofisi onun bu əhvalatda iştirakını təkzib edib.

Almaz Həsənli

Chosen
20
oxumeni.az

1Sources