ABŞ-da keçirilən klublararası dünya çempionatında C qrupunda lider son turda dəyişib.
Msport.az xəbər verir ki, ilk pillədə qərarlaşan “Bavariya” “Benfika” ilə qarşılaşıb.
Oyunun taleyini 1 qol həll edib. 13-cü dəqiqədə hesabı açan Portuqaliya klubu üstünlüyünü sonadək qoruyub. Bu qələbə “Benfika”nı qrup lideri edib. “Bavariya” 6 xalla ikinci olub. Hər iki komanda pley-offa yüksəlib.
Bundan sonra qrupun “Oklend Siti” – “Boka Xuniors” matçının nəticəsinin heç bir əhəmiyyəti olmayıb.
Klublararası dünya çempionatı
Qrup mərhələsi, C qrupu
3-cü tur
“Benfika” – “Bavariya” – 1:0
“Oklend Siti” – “Boka Xuniors” – 1:1