EN

Biz siyasi olaraq Qvadelupun azadlığını tələb edirik - Jan-Jakob Bicep

Bakı. TurkicWorld:

Qvadelupun azadlığı artıq bir sloqan deyil, biz bunu siyasi olaraq tələb edirik.

TurkicWorld xəbər verir ki, bunu FID-in Qvadelup bölməsinin milli kordinatoru Jan-Jakob Bicep “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Qvadelup siyasi, psixoloji olaraq əsarətə salınıb, onun müstəqilliyi əlindən alınıb:

“Lakin xalqımız heç zaman azadlıq mübarizəsindən əl çəkməyib.

Biz çox qətiyyətlə, iradə ilə Qvadelupun azadlığı üçün mübarizə aparırıq. Çalışırıq ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsini beynəlxalq arenalarda ucaldaq.

İqtisadi, sosial, siyasi, mədəni cəhətdən xalqlar öz müqəddəratlarını müəyyən etməlidirlər. Biz bu mübarəzinə tək apara bilmərik.

Ümid edirəm ki, bundan sonra da birgə mübarizəyə davam edəcəyik”.

J.Bicep qeyd edib ki, Azərbaycan coğrafi olaraq uzaq olsa da, Qvadelupun azadlıq mübarizəsinə öz dəstəyini əsirgəmir.

Chosen
17
3
turkic.world

9Sources