EN

Biz siyasi olaraq Qvadelupun azadlığını tələb edirik - Jan-Jakob Bicep

Bakı. Trend:

Qvadelupun azadlığı artıq bir sloqan deyil, biz bunu siyasiolaraq tələb edirik.

Trend xəbərverir ki, bunu FID-in Qvadelup bölməsinin milli kordinatoruJan-Jakob Bicep “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar vəPerspektivlər” beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Qvadelup siyasi, psixoloji olaraq əsarətəsalınıb, onun müstəqilliyi əlindən alınıb:

“Lakin xalqımız heç zaman azadlıq mübarizəsindən əlçəkməyib.

Biz çox qətiyyətlə, iradə ilə Qvadelupun azadlığı üçün mübarizəaparırıq. Çalışırıq ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqlarınsəsini beynəlxalq arenalarda ucaldaq.

İqtisadi, sosial, siyasi, mədəni cəhətdən xalqlar özmüqəddəratlarını müəyyən etməlidirlər. Biz bu mübarəzinə tək aparabilmərik.

Ümid edirəm ki, bundan sonra da birgə mübarizəyə davamedəcəyik”.

J.Bicep qeyd edib ki, Azərbaycan coğrafi olaraq uzaq olsa da,Qvadelupun azadlıq mübarizəsinə öz dəstəyini əsirgəmir.

Chosen
21
3
az.trend.az

9Sources