Demokrat.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.
O, CNN və "The New York Times"ın ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı kəşfiyyat məlumatlarını dərc etməsini qınayıb.
"İranın nüvə obyektləri tamamilə dağıdılıb! Həm (Nyu York) Times, həm də CNN ictimai qınaq alacaq", - ABŞ prezidenti qeyd edib.
Qeyd edək ki, nəşrlər ABŞ kəşfiyyatının ilkin məlumatlarına istinadən Amerikanın zərbələrinin İranın nüvə obyektlərini tamamilə məhv etmədiyini, nüvə proqramını bir neçə ay geriyə saldığını bildirib.