EN

Yük avtomobillərinin sürücüləri kütləvi şəkildə cərimələnirlər ŞİKAYƏT

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yük avtomobilləri sürücülərinin bəzilərinə 600, bəzilərinə 1 200 manat cərimə yazılıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çoxtonnajlı yük avtomobillərinin sürücüləri olan bir qrup şəxs əsassız yerə cərimə olunduqlarını iddia edir.

Yüksək məbləğə etiraz edən sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qarşısına toplaşıblar.

İmişli sakinləri olan sürücülər özlərinə məxsus yük avtomobilləri ilə ölkənin müxtəlif istiqamətlərinə mişardaşı, qum və çınqıl daşıyırlar.

Onlar deyirlər ki, tələb olunan maksimal yükə əməl edərək yola çıxırlar. Belə olan halda sürücülər çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər.

Ətraflı süjetdə:

Yük avtomobillərinin sürücüləri kütləvi şəkildə cərimələnirlər - ŞİKAYƏT

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
2
oxu.az

3Sources