EN

Ərdoğan Trampla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Ərdoğan Haaqada Trampla görüşüb - Ukrayna və Yaxın Şərq müzakirə olunub

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün səfər etdiyi Haaqa şəhərində ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirib.

Görüş barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, liderlər arasında baş tutan görüş zamanı əsas müzakirə mövzularını Ukraynada davam edən müharibə və Yaxın Şərqdəki gərgin vəziyyət təşkil edib.

Ərdoğan və Tramp bölgədə sülh və sabitliyin təmin olunması yolları, eləcə də NATO-nun gələcək rolu ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə Türkiyə-ABŞ münasibətləri və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.

Qeyd edək ki, Ərdoğan Niderlandın Haaqa şəhərində keçirilən yüksək səviyyəli NATO sammitinə qatılmaq, tərəfdaş ölkələrin liderləri ilə fikir mübadiləsi aparmaq və beynəlxalq gündəmdəki əsas məsələləri müzakirə etmək məqsədilə bu ölkəyə səfər edib.

 

Musavat.com

Chosen
25
2
musavat.com

10Sources