EN

"İran nüvə silahına malik olmayacaq" - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı deyib ki, İran İsraillə münaqişə nəticəsində nüvə silahı yaratmaq imkanından məhrum qalıb.

Ucnoqta.az xəbər verir ki, Ntanyahunun sözlərini Ynet agentliyi dərc edib.
"Onilliklər ərzində İranın nüvə silahına sahib olmayacağına söz vermişdim və hərbçilərimizin mükəmməl əməliyyatları sayəsində biz İranın nüvə layihəsini sıfıra endirə bilmişik. Əgər kimsə onu bərpa etməyə çalışsa, biz də belə bir cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İran nüvə silahına malik olmayacaq", - Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, İsrail İrandan ona qarşı "iki ekzistensial təhlükəni" aradan qaldırıb - "nüvə bombaları ilə məhv olmaq təhlükəsi və 20 min ballistik raketin məhv edilməsi təhlükəsi".

Netanyahu ABŞ prezidenti Donald Trampa və ABŞ-a İsrailin müdafiəsinə və “İranın nüvə təhlükəsinin” aradan qaldırılmasına kömək etdiklərinə görə təşəkkür edib. "ABŞ təkcə müdafiədə deyil, həm də hücumda bizə qoşuldu və bu, tarixi hadisədir. Bu, əvvəllər heç vaxt olmamışdı", - baş nazir vurğulayıb.

Eyni zamanda Netanyahu xatırladıb ki, İsrail hələ də HƏMAS qruplaşmasını məğlub etmək və girovları azad etmək vəzifəsi qarşısındadır.

Chosen
12
ucnoqta.az

1Sources