İsrail öz məqsədlərinə nail ola bilmədi və İrana qarşı təcavüzün “dəhşətli bədəlini” ödədi.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.
Pezeşkianın sözlərinə görə, İran hərbçilərinin cavab zərbələri nəticəsində İsraildəki dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, “İran kimi böyük ölkəyə qarşı bu avantüranın bədəli dəhşətli olub”.
Məlumatı Pezeşkianın mətbuat xidməti yayıb.