EN

Vətəndaşlar yeni sosial sifarişlər səsləndirirlər - Deputat

“Cənab Prezident İlham Əliyev ölkəmizin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır. Bölgələrin inkişafına dair dövlət başçısının geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi buna sübutdur. Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Cənab Prezident İlham Əliyevin respublikanın müxtəlif bölgələrinə səfərləri bir qayda olaraq mühüm yeniliklər, açılışlar və həmin bölgələrin inkişafına daha yüksək sürət verən amillərlə yadda qalır. Dövlətimizin başçısı hər səfər çərçivəsində yeni istehsal müəssisələrinin, iqtisadi və sosial təyinalı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərinə qatılaraq regionların inkişafı strategiyasına yeni bir səhifə qazandırır. Bu cəhətdən cənab Prezident İlham Əliyevin regionlara son səfəri də istisnalıq təşkil etməyib. Bunu nümunə kimi dövlət başçısının Yevlax və Goranboya, eləcə də Mingəçevirə səfəri, bu səfər zamanı reallaşdırılan açılışlar təsdiqləyir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və səyləri sayəsində dünyaya xüsusi bir inkişaf modeli təqdim edir. Bu modelin əsas özəlliyi və üstünlüyü ölkənin bütün bölgələrinin tarazlı şəkildə inkişaf etdirilməsi ilə bağlıdır. Uğurları şərtləndirən digər bir mühüm amil isə ölkə üzrə sosial-iqtisadi inkişaf proseslərinə şəxsən Cənab Prezident İlham Əliyevin özünün nəzarət etməsidir. Dövlət başçımız inkişaf hədəfləri ilə bağlı mütəmadi qaydada təşəbbüslər irəli sürür, eyni zamanda nəzərdə tutulan layihələrin icrasına da bilavasitə nəzarət edir. Cənab Prezident İlham Əliyev ölkənin regionlarına səfər edən zaman yerli sakinlərlə görüşür, sıx təmaslar qurulur, vətəndaşlar yeni sosial sifarişlər səsləndirirlər və bunlar cənab Prezident İlham Əliyev tərəfindən dinlənərək nəzərə alınır.

Müasir infrastruktur quruculuğu Azərbaycanın regional inkişaf strategiyasının mühüm istiqamətini təşkil edir. Son 20 ildən artıq müddətdə cənab Prezident İlham Əliyev bütün ölkə üzrə müxtəlif infrastruktur layihələrinin icrası ilə bağlı çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Həmin layihələrin icrası sayəsində bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib.

Chosen
7
aznews.az

1Sources