EN

“8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji təhlükəsizliyini daha gücləndirəcək - Vüqar Rəhimzadə

Bakı. Trend:

İyunun 24-də ölkəmizin enerji sektorunda əlamətdar hadisəyaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasınınaçılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlhamƏliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy”naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin başicraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarəHeyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalıoperatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər. Bu açılışmərasimi ölkəmizin enerji potensialı ilə yanaşı,Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatıoldu. Həm İtaliya, həm də Çin Azərbaycanın stratejitərəfdaşlarıdır. Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqındaBəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasındamünasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafındaəhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelindəÇinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsasıoldu. Həmin səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğunolaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açanlayihələrin icrası geniş müzakirə edildi. Azərbaycan hazırda busahədə böyük potensiala malik olması ilə dünyanındiqqətindədir.

Prezident İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışındadiqqəti bu məsələlərə yönəldərək bildirdi ki, bu ölkələrə çoxsaylısəfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəlnəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarəttərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcılyerlərdədir. İtaliya ilə xüsusilə energetika, xam neft, təbii qazsahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundanəvvəl başlanılıb. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunanenerji layihələrini birgə icra etməyə başlayırıq. Azərbaycanda bugün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyükdərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Hər iki ölkə iləAzərbaycanın siyasi əlaqələri də çox yüksək səviyyədədir.Münasibətlərimiz çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın malik olduğu təbiiresurslardan səmərəli istifadə etməsi həm enerjiyə olan daxilitələbatının ödənilməsində, həm də dünyanın enerji təhlükəsizliyinintəminatında əhəmiyyətli rol oynayır. Ümummilli Lider HeydərƏliyevin böyük səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrinmüqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Buinam hazırda regional çərçivədən çıxaraq beynəlxalq miqyas alanəməkdaşlıqda özünün aydın ifadəsini tapır. Ulu Öndər iqtisadiyyatıninkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqlarıntəməlini qoydu. Hazırda Azərbaycanın uğurla inkişaf etdirdiyiikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsindəəlaqələrinin inkişafına diqqət yetirsək enerji sahəsindəəməkdaşlığın prioritetliyi diqqətdən kənarda qalmadığını görərik.Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilədiqqətdədir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən ilAzərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlimkonfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının,təcrübəsinin təqdimatında öz sözünü dedi və yeni əməkdaşlıqformatlarının yaradılmasına stimul oldu. Ümumilikdə ölkəmizinenerji potensialını böyük dərəcədə gücləndirəcək “8 Noyabr”Elektrik Stansiyasının açılışı da Azərbaycanın gücünü,potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığınıgöstərir. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyükelektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya enerjipotensialımızı təbii olaraq daha da gücləndirəcək, enerjisisteminin səmərəliliyini artıracaq. Prezident İlham Əliyevin qeydetdiyi kimi, bu stansiya Mingəçevirin nəinki Azərbaycanın,bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu dahada gücləndirəcək. Hazırda ölkəmizin elektrik enerjisinin 40faizindən çoxu Mingəçevirdə istehsal olunur.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan regionun əsasenerji qovşağı kimi mövqeyini daha da möhkəmləndirir, Avropanınenerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Enerjitəhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bugün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrsırasındadır. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş vəPan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycanın təbiiqazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-uAvropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasına görə Azərbaycandünya miqyasında qabaqcıl yerlərdədir. “Biz həm təbii qaz, həm xamneft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrikenerjisini ixrac edirik” söyləyən Prezident İlham Əliyev onu daəlavə etdi ki, Azərbaycan bölgədə sabitlik, inkişaf, tərəqqi məkanıkimi öz rolunu daha da gücləndirəcəkdir.

Milli Məclisin deputatı Prezident İlham Əliyevin hazırkı dövrünçağırışlarını özündə ehtiva edən çıxışında əksini tapan məqamlaraxüsusi diqqət yönəldərək bildirib ki, son 20 ildə Azərbaycanınenergetika sistemi sıfırdan qurulub. Ölkəmizin müxtəlif yerlərindəyeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurmaişləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik ElektrikStansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci iliyununda burada stansiyaya yeni həyat verildi. Hazırda “Azərbaycan”İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su ElektrikStansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr”layihəsinin qısa müddətdə icra edilməsi rekord nəticədir. Prezidentİlham Əliyev çıxışında bunu belə əsaslandırdı ki, təxminən 2 minmeqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davamedir, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik ElektrikStansiyasının inşası 1974-cü ildə başlamış, birinci blok 1981-ciildə istismara verilmişdir. Yeddi ildən sonra 300 meqavat enerjiəldə edilmişdir. “8 Noyabr” layihəsinin qısa zamanda uğurla başaçatmasını şərtləndirən əsas amillər mövcud energetika bazamız,təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri,təcrübələri və beynəlxalq tərəfdaşlarımızın da töhfəsidir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev hər birçıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinciQarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr”Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu.Torpaqlarımızın uzun illər işğal altında olduğunu, İkinci Qarabağmüharibəsində Ermənistanın nəinki şəhər-kəndlərimizi və yaşayışobyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, həttaMingəçevirə də öz raketlərini göndərməyi unutmadığını önə çəkərəkbildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinəsalmaq idi. Bu əraziyə düşən mərmilər, raketlər də bunun əyanisübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüzidi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcəbununla məhdudlaşmır.

Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmizdünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyininmüəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonraölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır.30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzurmalik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanındayanıqlı inkişafına öz töhfələrini verəcəklər. Bu ərazilərin malikolduqları bərpaolunan enerji potensialı yeni əməkdaşlıqformatlarının yaranmasında mühüm rol oynayır. İstismara verilən “8Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfideyil. Prezident İlham Əliyev vurğuladı ki, bu stansiyanın adınınseçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında“8 Noyabr”ı mən seçdim. Çünki bu, şanlı Zəfərimizin tarixidir.Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzunvə fəaliyyətinin uğurlu olacağına əminik.

Millət vəkili qısa təhlil əsasında bildirib ki, 1994-cü ildə“Əsrin müqaviləsi”nin, 2017-ci ildə isə onun davamı olaraq “Yeniəsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji təhlükəsizliyisahəsində yeni səhifələr yazmaqla müxtəlif dövlətlərlə stratejitərəfdaşlığa doğru yönələn yolunu uğurlarla zənginləşdirdi. 2020-ciilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi.Azərbaycan malik olduğu təbii resursları daim əməkdaşlığa, dostluğayönəldir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsiqurulan növbəti körpünün təqdimatıdır.

Məqalədə:
Chosen
23
10
az.trend.az

10Sources