EN

Biləsuvarda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib...

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Hadisə nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
24
4
poliqon.info

6Sources