EN

Ole Verner - “Leypsiq”in yeni baş məşqçisi!

Almaniyalı futbol mütəxəssisi Ole Verner Bundesliqada mübarizə aparan “Leypsiq” komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

37 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Ole Verner məşqçilik karyerasına “Holştayn Kil” komandasında başlayıb. O, dörd ilə yaxın da “Verder”in baş məşqçisi olub. Bu il mayın sonunda Bremen təmsilçisi onun ayrıldığını açıqlamışdı. “Verder” Bundesliqanın son mövsümünü turnir cədvəlinin 8-ci pilləsində başa vurub.

“Leypsiq” isə son mövsümdə 51 xal toplayaraq, turnir cədvəlini 7-ci pillədə tamamlayıb. Bu komanda ötən mövsüm Marko Rozenin rəhbərliyi altında çıxış edirdi. Amma klub rəhbərliyi mövsümün bitməsini gözləmədən onu istefaya göndərmişdi.

Chosen
12
1
arena.az

2Sources